Əsaibi Əhli Haqq hərəkatının baş katibi İraqda müqavimət qruplarının tərksilah edilməsinə qarşı çıxıb.
İraqdakı xalq qüvvələri terror təşkilatları, xüsusilə də İŞİD-ə qarşı mübarizədə ön sıralarda olduğu halda, ABŞ və müttəfiqləri hazırda bu qrupların tərksilah edilməsi üçün müdaxilə tələbləri irəli sürürlər. Bu vəziyyət İraqda geniş əks-səda doğurub.
Bu çərçivədə Əsaibi Əhli Haqq hərəkatının baş katibi Qeys əl-Xəzali müqavimət qruplarının tərksilah edilməsi planını rədd edərək, İraqın hələ də müxtəlif təhdidlərlə üzləşdiyini bildirib.
Əl-Xəzali vurğulayıb ki, Həşdi Şabi qüvvələrinin silahları daxili qarşıdurmalarda istifadə edilmir, əksinə, çox intizamlı və qanuni silah gücüdür. O, bu silahların yalnız xarici təhdidlərə qarşı istifadə edildiyini və İraqın maraqlarını qorumaq məqsədi daşıdığını bildirib.
İraqın suverenliyi və ərazi bütövlüyü təhdid edildiyi zaman müqavimət silahlarından istifadə edildiyini bildirən Xəzali, bu silahların ABŞ-ın işğalına qarşı istifadə edildiyini və bunun qanuni bir haqq olduğunu bildirib.
Əsaibi Əhli Haqq hərəkatının baş katibi Qeys əl-Xəzali açıqlamasında deyib: "İŞİD İraqı işğal edərkən müqavimət qruplarının silahlarından istifadə edilib və bu, qanuni bir haqqdır. Bu silahlardan Qəzza xalqına və Fələstin müsəlmanlarına kömək etmək üçün də istifadə edilib. Biz bu silahlardan İraqın milli maraqlarını doğuran vəziyyətlərdə istifadə etmədik.
Əgər ordu, federal polis qüvvələri və terrorla mübarizə bölmələri təhdidlərlə adekvat şəkildə mübarizə apara bilsələr, o zaman bu silahlara ehtiyac yoxdur. Amma İraq daha böyük təhlükə ilə üzləşərsə, bu silahların istifadəsi mütləq zəruri olacaq".
Əl-Xəzali İraq Müqavimət qruplarının tərksilah edilməsinə qarşıdır