Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adı silinərək yerinə “Sea Breeze” yazılıb.
Həmin istiqamətdə yol nişanlarında yalnız qəsəbə adları qeyd olunsa da, “Sea Breeze” istisna təşkil edir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlama yayıb:
“Lövhələrdə cəlbedici məkanlardan biri kimi “Sea Breeze” yaşayış və turizm kompleksi də qeyd olunub. Bu addım şəhərimizin qonaqları və yerli sakinlər üçün daha aydın istiqamət yaratmaq məqsədilə atılıb. Dünyada da oxşar təcrübələr mövcuddur.
Sözügedən istiqamətdə Nardaran, Pirşağı, Fatmayı, Goradil, Novxanı və digər yaşayış məntəqələri yerləşir. Lakin məlumat lövhələrində bütün bu adların eyni anda göstərilməsi mümkün olmayıb.”
Məlumat lövhələrində Nardaranın adı silinərək yerinə “Sea Breeze” yazılıb