İraqda ölkəboyu Quran xətmi mərasimləri keçirilir

Mübarək Ramazan ayının gəlişi ilə İraqın 16 əyalətində Qurani-Kərimin xətm mərasimləri keçirilməyə başlayıb.

Bu Quran tədbirlərinin təşkilatçısı isə İmam Hüseyn (ə) Hərəmidir.

Ziyarətgah rəsmisi Məhəmməd Əli Rabii bildirib ki, sözügedən proqramın məqsədi ölkəboyu Ramazan ayının gündüzləri və gecələrində mənəvi və ibadət dolu bir mühit yaratmaqdadır.

Xətm proqramları Ramazan ayı boyunda hər gün yerli saatla 14:30-da başlayacaq.

Bundan başqa, sırf xanımlar üçün də Quran tilavəti proqramı həyata keçirilir.