AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun saxlanıldığı 7 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına- karserə salındığı deyilir.
Bu barədə partiya sədri Əli Kərimli sosial mediada məlumat yayıb.
AXCP sədrinin sözlərinə görə, Niyaməddin Əhmədov 5 gündür karserə salınıb və həmin gündən də aclıq aksiyasına başlayıb.
Hələlik Penitensiar Xidmət bu deyilənlərə münasibət bildirməyib.
N.Əhmədovun bu ilin yanvarında da karserə salındığı barədə məlumat yayılmışdı.
“Niyaməddin Əhmədov 7 saylı koloniyada məhbusun intihar etməsini ictimailləşdirdiyi üçün karserə salınıb. Etiraz olaraq aclıq elan edib”, – Partiyanın məlumatında deyilirdi.
Niyaməddin Əhmədov karserə salınıb