QMİ Hacc ziyarəti ilə bağlı çağırış edib

Hacc ziyarətinə sənəd qəbulu aprelin əvvəllərində bitəcək.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

“Kvota sayı 1200-1300 arası müəyyənləşdirilib. İnsanlar elə bilir ki, nə vaxt istəsələr, gətirib sənəd təqdim edə bilərlər. Amma elə deyil, tələsmək lazımdır. Biz gəlməyənlərə görə hesablama aparıb kvotanı azaldırıq. Qeydiyyat bağlandıqdan sonra neçə nəfər gəlib müraciət edir. O zaman da Hacca gedə bilmələri mümkün olmur və növbəti ilə qalırlar”, - o vurğulayıb.