ABŞ dövlət katibi Entoni Blinkenin Senatın komitəsində keçirilən dinləmədəki açılış nitqi etirazçılar tərəfindən kəsilib.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Blinkenin çıxışına başlamasının ilk dəqiqəsində etirazçılardan biri “atəşkəs indi”, “Qəzzadakı uşaqları xilas et” şüarları səsləndirib.
Daha sonra digər dörd etirazçı və daha bir etirazçı qrupu Blinkenin çıxışını bölüb.
Etirazçılar həmçinin, “Fələstindən Meksikaya, bütün divarlar götürülməlidir”, “Qoy Qəzza yaşasın” şüarları səsləndiriblər.
Dinləmənin keçirildiyi zaldakı bəzi etirazçılar isə qırmızıya boyadıqları əllərini yuxarı qaldıraraq Qəzzadakı vəziyyətə diqqət çəkməyə çalışıblar.
İsrailin cinayətlərinə etiraz edənlər Blinkeni çıxış etməyə qoymadılar