İsrail rejimi müxtəlif ölkələrdəki 7 səfirlik binasını boşaltdığı deyilir

İsrail rejim mənbələri cümə axşamı sionist rejiminin yeddi səfirliyinin hücum qorxusu ilə təxliyyə edildiyini bildiriblər.

“Yediot Aharnot” qəzeti mövzu ilə bağlı yazarkən qeyd edir ki, boşaldılan səfirlik binaları arasında Bəhreyn, Misir, İordaniya, Mərakeş və Türkiyədəki rəsmi binalar qeyd edilib.

Xatırladaq ki, gərginliyə səbəb aprelin 1-də İsrail rejimi işğal olunmuş Qolan bölgəsindən hava hücumu ilə İran İslam Respublikasının Dəməşqdəki səfirliyi yaxınlığındakı İran konsulluğunun binasını hədəfə alması olub.