İsrail qorxuda: Ölkədəki bütün GPS proqramları bloklandı

 İsrail İranın mümkün hücumuna qarşı bütün ölkə ərazisində GPS proqramlarını bloklayıb.

Times of Israel qəzetində dərc olunan xəbərdə, başda Google olmaqla müxtəlif GPS tətbiqlərinin bloklanmasının ölkənin daxili bölgələrində ilk dəfə yaşanmağa başladığı və tətbiqləri açanların yerlərinin Təl-Əviv yerinə Beyrut olaraq görüldüyü ifadə edilib.

Qeyd olunub ki, ölkənin daxili hissəsindəki bu GPS blokları sionist İsrail ordusunun hava hücumundan müdafiə sistemini gücləndirdikdən və ehtiyat əsgərləri vəzifəyə çağırdıqdan sonra ortaya çıxıb.