Israil ordusu Qəzzanın şimalından geri çəkilir

Media sionist rejim əsgərlərinin Qəzza şəhərinin şimalındakı bölgələrdən geri çəkilməsini xəbər verib.

 

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstin müqavimətinin səhra qələbələri və Təl-Əvivin öz məqsədlərinə çata bilməməsi ilə eyni vaxtda media sionist rejim ordusunun Qəzzə şəhəri və həmçinin bu sədddən şimaldakı bölgələrdən ilk dəfə olaraq geri çəkildiyini bildirib.

Əl-Məyadin şəbəkəsi sionist qüvvələrin Qəzza şəhərinin şimal və şimal-qərb bölgələrindən geri çəkildiyini bildirib.

Türkiyənin TART kanalı həmçinin bildirib ki, işğalçılar Qəzza şəhərinin şimal bölgələri ilə yanaşı, oktyabrın 27-dən bəri ilk dəfə olaraq bu zolağın şimal bölgələrindən tamamilə geri çəkiliblər.