Rüfət Səfərovla yaxından tanışlığım inanclıların kütləvi həbsləri dövründə oldu. Onun prinsipial mövqeyi, hüquqi yanaşması, ədalətli müdafiəsi fonunda qəribə bir özəlliyi vardı, o haqqı haqq olaraq qəbul edir və onu bütün imkanlarına güc gələrək müdafiəsinə qalxırdı, hətta bu həqiqət onun varlığını təhlükəyə, şəxsini hədəfə qoysa belə.
İnanclıların təzyiqi, həbs və işgəncələri zamanla olub və görünən budur ki, belə də davam edəcək. Əlbəttə bu istiqamətdə bir çox insanlar, xüsusi olaraq hüquq müdafiəçiləri, vəkillər, vətəndaş cəmiyyətləri inanclıların haqq savaşında onların yanında olub və bu gün də belə dəstək inkarolunmazdır. Dəyərli vəkil, gözəl insan Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsinin əsas və tək səbəbi 2015-ci il Nardaran hadisələrində günahsız həbs olunan inanclıların hüquqlarını müdafiəsi oldu ki, qeyd edilən hallar bu istiqamətdə göstərilən fədakarlıq qurbanlarının əvəzsiz qiymətidir.
Rüfət Səfərov inanclılarla bağlı ümumi müdafiənin ən sərt senzurası qoyulan bir zamanda bütün baryerləri aşaraq bizlərə əl uzadan bir şəxs oldu. Təsəvvür edin, az qala hər gün həbslər davam edir, inanclılar “İran cəsusu” ittihamı ilə saxlanılır, narkotiklərlə bağlı cinayətlə şərlənirlər. Bu azmış kimi amansız işgəncələr, fiziki zor yaşanmaqdadır. Belə bir şəraitdə polis idarələrində Allahın təhqir edilməsini yaşayan inanclıların bu barədə fikirləri və ardınca buna etiraz edən inanclı dalğası cəmiyyətdə vəziyyətin daha da gərginləşməsinə yol açır.
Təbii, polisin “müqəddəsliyi” qorunan bir mühitdə böyük səs-küy yaradan hadisə kütləvi etirazlara yol açsa da hakimiyyət faktı rədd edir. İnanclılar öz haqlı etirazlarını dövlət idarələrinə gəlməklə birdirdikləri bir zamanda həbsxanalarda da məsələyə sərt etiraz baş qaldırır. Tale Bağırzadə başda olmaqla məhbusların bir qismi Allahın təhqirinə etiraz olaraq aclıq aksiyasına başlayır.
Bütün bunları yanaşı qoyanda olduqca ciddi və sərt bir səhnəni müşahidə etmək olar ki, bu şəraitdə hakimiyyətin hədəfinə tuş gəlmək, inanclıların qətiyyət nümayişinə qəzəb və sərt mövqeyi hər kəsə bu vəziyyətdən uzaq durmaq fikirini aşılayırdı. Rüfət Səfərov bütün bunları gözə alaraq imkanlarını səfərbər edən bir addım atdı. O, çoxsahəli ittiham olunacağı bir vəziyyəti anlasa da, içində, vicdanına hakim bir ədalət və ruhunda fədakarlıq hədəfə alınan inanclıların müdafiəsini onun üçün bir prioritetə çevirdi.
Addım gözlənilməz oldu! Rüfət fiziki zorakılıq, cinsi istismar təhlükəsi ilə üz-üzə qalan, Allahın təhqirində aşağılanan inanclılara tam dəstək nümayişini öz təşəbbüsü olaraq ortaya qoydu. Telefon açdı, bu işdə dəstək və yardımını təklif etdi. Hansı ki, o anlar üçün bu hava-su kimi lazım və zəruri idi.
Rüfət Səfərov hər kəsin din və inanclılara qısqanc yanaşması (hansı ki, bu hallar təkcə o gün deyildi, bu gün də davamlıdır) fonunda tam səmimi və tərəfsiz olaraq inanclıların yanında, onların hakimiyyətin anti-İslam siyasətinə qurban olaraq məcburi məhdudlaşmasını bütün çılpaqlığı ilə nümayiş etdirə bildi.
İnanclılara olan “İran cəsusu” ittihamı bir çox yalanlar kimi Rüfət Səfərovun hədəfə alınması ilə nəticələnən təzyiqlər yaratsa da o, müdafiə xəttində son anına qədər durmağı bacaran bir qəhrəmanlıq nümayiş etdirməyi bacardı. Özünün söylədiyi kimi “Mənə İran cəsusu söyləmələri onu göstərir ki, inanclılara qarşı bu ittiham əvvəldən hazırlanmış qurama bir oyun idi ki, mənə ünvanlamaqla onlar bunun ifşasını yaşamaqdan qəzəblidirlər”.
Hal-hazırda Rüfət Səfərovun məhkəmələri davam edir, ona qarşı birmənalı rədd edilən saxta ittiham hüquq müdafiəçisini müdafiəsinə ehtiyac duyulan bir çox hüquqları müdafiəsiz qoyaraq onu dəmir barmaqlıqlar arasında məhkum edir. Eyni halda bu məhkəmə ölkənin hüquq sisteminin mövcud vəziyyətinin necə acınacaqlı duruma düşməsinə növbəti əyani nümunə olaraq yaşanan acı olaydır. Təəssüf və qürurla bu günün dəyərli hüquq müdafiəçisi Rüfət Səfərovun haqq mübarizəsində yüksəldiyi zirvəni və aldığı “mükafatını” müşahidə edirik.
Dəmir barmaqlıqlar arasında