Tanınmış Quran alimi, tədqiqatçı və ilahiyyatçı Ayətullah Seyid Məhəmmədbaqir Höccətinin vəfatının ardından onun xatirəsinə həsr olunmuş anım mərasimi Qumdakı Alulbeyt (ə) Beynəlxalq Müəssisəsində keçirilib.
Tədbirdə bir sıra görkəmli din və elm xadimləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər mərhumun elmi xidmətlərini və dini maarif sahəsindəki irsini yad edərək, onun elmi və mənəvi mirasının davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə Ayətullah Sistaninin tam səlahiyyətli nümayəndəsi və Alulbeyt Müəssisəsinin rəhbəri Ayətullah Cavad Şəhristani də iştirak edib.
Quran elmlərinə ömrünü həsr etmiş görkəmli alim, Ayətullah Seyid Məhəmmədbaqir Höccəti 1933-cü ildə İranın Babol şəhərində anadan olmuş, uzun illər boyunca Tehran Universitetinin İlahi Elmlər fakültəsində professor kimi fəaliyyət göstərmişdi. O, Quran və hədis elmləri üzrə ixtisaslaşaraq bu sahədə onlarla elmi əsərin müəllifi olmuş, Quran elmləri üzrə ilk rəsmi tədris mühazirələrini keçən alimlərdən biri kimi tarixə düşmüşdü.
Quran elmlərinə ömrünü həsr etmiş görkəmli alim Alulbeytdə anıldı