Həbsdə olan ictimai fəal və "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyev aclığa davam edir.
Bu barədə iyulun 15-də onun yaxınları vəkilinə istinadən məlumat yayıblar.
Məlumatda deyilir ki, Vəliyevin vəkili Fəxrəddin Mehdiyev müalicə müəssisəsində onunla görüşüb. Vəliyev vəkilinə səhhətinin getdikcə daha da pisləşdiyini, buna baxmayaraq aclıq aksiyasını davam etdirməkdə israrlı olduğunu deyib.
Fəal, həmçinin, saxlanma şəraitindən və gözünün müalicə edilməməsindən narazılıq edib. O, müəssisədə izolyasiya şəraitində saxlanıldığını bildirib.
Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər.
Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.
Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.
O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub.
Vəkil: Hacı Vəliyev aclığa davam edir, səhhəti pisləşib