İsrail Livanın cənubuna hücum etdi: Şəhidlər və yaralananlar var

 İsrail ordusunun Livanın cənubunda 3 mərtəbəli binaya həyata keçirdiyi hava hücumunda şəhid və yaralıların olduğu açıqlanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, sionist İsrail ordusuna aid təyyarələr Livanın Sur şəhərinin şərqində Deyr Qanun ən Nehr qəsəbəsi ilə Cannata arasındakı 3 mərtəbəli evə hava hücumu həyata keçirib.

NNA daha sonra öz xəbərində qatil İsrailin hədəf aldığı binanın uçması nəticəsində ilkin təsbitlərə görə 7 mülki vətəndaşın yaralandığını və yaralıların Sur şəhərindəki xəstəxanaya göndərildiyini bildirib.

Hücum nəticəsində 3 mərtəbəli bina tamamilə dağılıb, bina sakinlərini xilas etmək üçün hadisə yerinə təcili tibbi yardım maşınları və axtarış-xilasetmə qrupları göndərilib.

Digər tərəfdən, Livan yerli mətbuatında yer alan xəbərlərə görə, sionist İsrailin hücumu nəticəsində şəhid və yaralananların olduğu bildirilsə də, həyatını itirənlərin sayı və yaralananların sayı ilə bağlı təfərrüatlar paylaşılmayıb. 

Hücumla bağlı sionist İsrail ordusu və Livan rəsmiləri tərəfindən hələlik heç bir açıqlama verilməyib.