İsrail ilk dəfə Qəzzaya dəniz yolu ilə humanitar yardımın daxil olmasına icazə verəcək

İsrail Birləşmiş Ərəb Əmirliklərindən yardımın dəniz yolu ilə Qəzza zolağına daxil olmasına icazə verəcək.

APA “Aljazeera” telekanalına istinadən xəbər verir ki, bununla İsrail ilk dəfə Qəzza zolağına dəniz yolu ilə humanitar yardımın daxil olmasına icazə vermiş olacaq.

Qeyd edək ki, yardımın BƏƏ tərəfindən maliyyələşdiriləcəyi, ilk olaraq Kiprə humanitar yardım yüklü gəmi göndəriləcəyi bildirilib. Yardım daha sonra İsrail nümayəndələri tərəfindən yoxlanılacaq, daşınaraq Qəzza sahilindəki çimərliyə boşaldılacaq.