İsrail hər gün 4 saatlıq atəşkəsə razılıq verib

İsrail Qəzzanın şimalındakı qarşıdurmalara hər gün 4 saatlıq fasilə verməyə razılaşıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama yayılıb. 

Məlumata görə, hərbi əməliyyatların aparılmayacağı bu 4 saatlıq fasilədən mülki şəxslərin cənuba keçməsi və humanitar yardımların çatdırılması üçün istifadə olunacaq.

İsrailin bu fasilələrin vaxtını başlamadan 3 saat əvvəl açıqlayacağı bildirilib.