İsrail heç bir açıqlama vermədən Rəfaha hücuma keçdi

Fələstin Xarici İşlər Nazirliyi İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücum etdiyini açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada, “Fələstin Xarici İşlər Nazirliyi şimaldan gələn milyonlarla köçkünün yaşadığı şəhərin işğal olunmaması ilə bağlı beynəlxalq xəbərdarlıqlara məhəl qoymayaraq, İsrailin Rəfah şəhərinə qanlı hava hücumlarını və sistemli dağıdıcı əməliyyatlarını şiddətlə qınayırıq” bəyanatda deyilir.

Açıqlamada İsrailin dünən gecə saatlarından etibarən Rəfaha dağıdıcı hava hücumu təşkil etdiyi və çoxlu sayda fələstinlinin şəhid olduğu vurğulanaraq, “İsrail Rəfah şəhərinə hücuma keçib və beynəlxalq qadağaların olmayacağına əminliyi olduğu üçün bütün etirazlara məhəl qoymadan bunu həyata keçirib” qeyd edib.