İsmayıl Haniyədən Misirə önəmli səfər

Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti Qəzzada baş verənləri müzakirə etmək üçün Misirə gedib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb mediası HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin Qəzza zolağına hücumlarında baş verən hadisələrlə bağlı ölkə rəsmiləri ilə görüşmək üçün Misirin paytaxtı Qahirəyə getdiyini yazıb.

HƏMAS-ın verdiyi açıqlamada, müharibə şəraitində keçirilən bu danışıqların “atəşkəs əldə edilməsi və Fələstin xalqına yardımların çatdırılması və Fələstin xalqının məqsədlərinə çatmaq üçün səylər çərçivəsində olduğu bildirilib. "

Misirin paytaxtı Qahirə bir neçə aydır ki, Amerika, Misir, Qətər və İsrail arasında birbaşa və ya dolayı görüşlərə ev sahibliyi edir. Danışıqlar zamanı atəşkəs və əsir mübadiləsi məsələləri müzakirə olunur.