İraq qüvvələri İsrailin hava bazasını hədəfə alıb

Martın 14-də İraq İslami Müqaviməti İsrai rejim ordusuna aid hava bazasını hədəf aldığını elan edib.

Müqavimət qüvvələrinin açıqlamasında "Palmaxim" aviabazasının pilotsuz təyyarə ilə hədəf alındığı bildirilir.

Hücum Livan Hizbullahı Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullahın: “İraq İslami müqavimətinin işğal olunmuş əraziləri pilotsuz təyyarə və raketlərlə hədəfə alması davam edir” deməsindən bir neçə saat sonra baş verib.