İran Hörmüz boğazını yenidən bağladı

İran Silahlı Qüvvələri Hörmüz boğazına hərbi nəzarəti bərpa edib.

Bu barədə İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Hərbi Komandanlığının qərargah rəsmisi Ebrahim Zülfüqarinin bəyanatında deyilir.

"Bu strateji əhəmiyyətli boğaz silahlı qüvvələrin ciddi idarəçiliyi və nəzarəti altındadır. Daha əvvəl danışıqlar zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq, İran İslam Respublikası vicdanla məhdud sayda neft tankerlərinin və ticarət gəmilərinin Hörmüz boğazından tənzimlənən rejimdə keçməsinə icazə verməyə razılaşıb. Təəssüf ki, vədlərini dəfələrlə pozan amerikalılar dəniz quldurluğunu davam etdirirlər", - məlumatda qeyd olunub.

Hörmüz boğazının yenidən bağlandığını bildirilən bəyanatda, ABŞ İran istiqamətində gedən və İrandan çıxan gəmilərə tam hərəkət azadlığı tanıyana qədər, boğazda sərt nəzarət siyasəti qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, İran, 1,5 ay sonra dünən, 17 aprel tarixində Hörmüz boğazını tam açıldığını bəyan etmişdi. ABŞ prezidenti Donald Tramp bu addıma görə İrana təşəkkür etmişdi.