İran Haaqa məhkəməsində ABŞ-a qalib gəldi

İran Birləşmiş Ştatlar üzərində Haaqa məhkəməsində hüquqi qələbə qazanıb. Bu barədə "parstoday" portalı məlumat yayıb.

Beynəlxalq Cinayət Məhkəməsi bu nəticəyə gəlib ki, Amerikanın İrana qarşı sanksiyalarının bəziləri iki ölkə arasında imzalanmış (1955-ci il) iqtisadi əlaqələr və dostluq haqqında müqavilələrə ziddir.

Məhkəmə müəyyənləşdirib ki, ABŞ-ın sanksiyaları İran iqtisadiyyatına ciddi zərbə vurub. Sanksiyalardan xüsusilə aviasiya sənayesi əziyyət çəkib, ərzaq və tibbi vasitələrin əldə olunmasında çətinlik yaranıb.