Bakının qara siyahısındakı məşhur aşpaz özünü öldürdü

Məşhur amerikalı aşpaz və televiziya aparıcısı Entoni Burden intihar edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı CNN televiziyası yayıb.

Qeyd edək ki, Burdenin 61 yaşı vardı. O, bir müddət əvvəl Şuşaya Bakıdan icazəsiz səfər edərək veriliş hazırlamışdı. Buna görə də Burden Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına salınmışdı.