Aeroport yolunda hərəkət məhdudlaşdırılıb

Mayın 19-da saat 11.00-dan gecə saatlarına qədər aeroport yolunda - Suraxanı dairəsindən aeroporta qədər və əks istiqamətdə hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma yol işarələrinin yenilənməsi ilə bağlıdır.

Həmçinin, Bakı-Ələt yolunda Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər hərəkət məhdudlaşdırılacaq. Bu barədə "Azəravtoyol" agentliyi məlumat yayıb.