Husi: ABŞ və Böyük Britaniya başlarına problem açdılar

Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik Əl-Husi, bu gün verdiyi açıqlamada o, Qəzzada yaşanan ağrı və zülmün Amerikanın, İsrail rejiminin və onun havadarlarının başına gələcək bir lənət olduğunu bildirib.

“Bu yaxınlarda Əl-Qəssam batalyonları tərəfindən Təl-Əvivin bombalanması çox mühüm uğur idi. London və Vaşinqton Yəmən ordusunun Təl-Əvivə dəstək məqsədilə sionist rejimə bağlı gəmilərə qarşı əməliyyatına reaksiya verdi. Biz də öz növbəmizdə işğal olunmuş ərazilərə gedən bütün gəmiləri hədəf almağa son dərəcə hazırıq. Amerika və İngiltərə bunula yalnız özləri üçün problem yaratdılar.

Amerika öz gücünü göstərmək istədi, lakin İngiltərə ilə birlikdə ağır məğlubiyyətə uğradı və gəmilərini belə təmin edə bilmədilər. Qərb Yəmən ordusunun Qırmızı dənizdə İsrail gəmilərinə hücumunun qarşısını almaq üçün Çindən vasitəçilik istəməsi Amerika və İngiltərənin öz missiyasında uğursuzluğa düçar olduğunu göstərir.”