HƏMAS-ın yeni lideri Yəhya Sinvar kimdir?

Həyat səlnaməsi mübarizə və mücadilə dolu Fələstin İslami Müqavimət Hərəkatı-HƏMAS yeni siyasi büro rəhbəri Yəhya Sinvar.  Xalqının azadlıq tarixini böyük iradə nümayiş etdirərək yazan mətin sərkərdə 1962-ci il oktyabrın 19-da Fələstinin Xan Yunus qaçqın düşərgəsində anadan olub. Əslən Fələstinin işğal olunmuş Məcdəl şəhərindən olsa da o, məcburi qaçqınlıq səbəbindən ailəsinin Xan Yunusa köçməsi onun da bu məntəqədə dünyaya göz açmasına səbəb olur.

Orta təhsilini Yəhya bu rayonda Cənin düşərgəsindəki məktəblərdə alır. Orta təhsildən sonra isə o, Qəzza İslam Universitetinə daxil olur və burada ərəb dili üzrə bakalavr dərəcəsi alır. Təhsil aldığı 1982-87-ci illərdə Yəhya İslam Universiteti Tələbə Şurasında çalışaraq mədəniyyət və riyaziyyat komitəsinin katibi və müavini seçilir. O, daha sonra bu şuranın sədrliyini öz üzərinə götürərək yenidən onun nümayəndəsi seçilir.

O dövrdə Yəhya İslam hərəkatı nəzəriyyəçisi kimi müxtəlif qruplar arasında tələbə panellərində iştirak, İslam hərəkatının sədrliyini icra edir. Şeyx Əhməd Yasinin köməyi və dəstəyi ilə “İslam sənətinə qayıdış” qrupunu yaradılması və ona rəhbərlik də Sinvarın fəaliyyəti sırasındadır.

1983-cü ildə Şeyx Əhməd Yasinin sədrliyi ilə HƏMAS hərəkatının (Təhlükəsizliyə Çağırış) təhlükəsizlik təşkilatının yaradılmasında ilk dəfə iştirak edir. 1986-cı ildə Şeyx Əhməd Yasin tərəfindən bəzi şəxslərlə birlikdə Cihad və Dəvət (Məcd) təşkilatını yaratmaq üçün təyin olunur. O, bu təşkilatın ən mühüm rəhbərlərindən biri sayılır.

1982-88-ci illərdə Fələstin və İsraillə ictimai toqquşmaları idarəsi onun düşmən hədəfində xüsusi olaraq saxlayan səbəblərdən olur. 1982-ci ildə müqavimət aksiyalarında iştirak səbəbinə o, ilk həbs həyatını 6 ay müddətinə müvəqqəti saxlama ilə cəzalanır. 1985-ci ildə təhlükəsizlik və müqavimət aksiyalarında iştirak etdiyi üçün növbəti cəzası 8 ay müddətinə həbs olur. 1988-ci ildə  həbs olunan Yəhya bu dəfə ən sərt cəza, ömürlük azadlıqda məhrumetmə cəzası ilə həbsə atılır. Ümumilikdə 4 dəfə ömürlük azadlıqdan məhrum edilməsi ilə barəsində məhkəmənin qərar çıxardığı bu şəxs ömrünün 22 ilini düşmən həbsxanalarında keçirib ki, bu həbslərin təxminən 4 ili tam təcrid şəraitində keçirib.

Yəhya Sinvar həbsxana həyatında da sakit qalmır. Bir neçə il o, həbsxanalarda HƏMAS İslam Müqavimət Hərəkatının məhbuslarına rəhbərlik edir. O, bəzi bacıları ilə birlikdə 1992, 1996, 2000 və 2004-cü illərdə bir çox aclıq aksiyalarını həyata keçirir.

İbrani dilini mükəmməl bilən Sinvarın siyasi və təhlükəsizliklə bağlı yazıları və tərcümələri var. Bunlardan ən mühümləri bunlardır: “Hər yerdə Şabak” kitabının tərcüməsi, “1992-ci ildə İsrail tərəfləri” kitabının tərcüməsi, “Həmas Təcrübələri və Səhv” kitabı, “Şabakın fəaliyyətinin araşdırılması və qiymətləndirilməsi” kitabı onun qələminin özəlliklərindəndir.

O, təhlükəsizlik ədəbiyyatında HƏMAS hərəkatının təhlükəsizlik təcrübəsini gücləndirən çoxlu məqalələr yazıb. Bunların içində 1967-ci ildən İntifadaya qədər fələstinlinin mübarizə təcrübəsindən bəhs edən “Qərənfil şoku” adlı ədəbi romanı xüsusi və diqqətəlayiqlidir.

 2011-ci ildə HƏMAS İslami müqavimət hərəkatı ilə İsrail rejim arasında "Azadlara sədaqət" (Gilad Şalit) müqaviləsi zamanı Yəhya bir çox məhbuslar kimi azadlığa qovuşur. O, bu müqavilənin sərhədləri və şərtlərinin müəyyən edilməsində böyük təsirə malik olur və buna görə də düşmən onu bu müqavilənin reallaşmasından əvvəl təkadamlıq kamerada saxlayır.

2013-cü ildə Yəhya Siyasi İdarəyə üzv seçilir və bu hərəkatın hərbi işinin məsuliyyətini öz üzərinə götürür. 2015-ci ilin sentyabrında ABŞ onun adını beynəlxalq terrorizmlə bağlı qara siyahıya salırlar. Elə həmin  ildə Həmas hərəkatı onu Qəssam Briqadaları tərəfindən əsir götürülmüş israilli məhbusların işinə məsul şəxs təyin edir.

Yəhya 2017-ci ilin fevralında Qəzza zolağında HƏMAS İslami Müqavimət Hərəkatının Siyasi Bürosunun rəhbəri seçilir. 2020-ci ilin mart ayında yenidən HƏMAS İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri olur. 2021-ci ildən o, HƏMAS-ın Qəzza zolağındakı siyasi ofisinin üzvü seçilir və bu hərəkatın təhlükəsizlik faylı üçün məsuliyyət daşıyır.

Yəhya Sinvarın evi 3 dəfə bombalanaraq dağıdılıb, birincisi 1988-ci ildə, ikincisi 2014-cü ildə Qəzza zolağına qarşı müharibədə və sonuncu dəfə 2021-ci ildə bu əraziyə qarşı müharibədə.

2012-ci ildə İsrail rejimin həbsxanalarından azad edildikdən sonra evlənən Yəhya Sinvar iki oğlu və bir qızı atasıdır.