HƏMAS: Müharibə dayanmayana qədər heç bir müqavilə imzalanmayacaq

HƏMAS hərəkatının yüksək rütbəli məsullarından biri ABŞ və İsrail rejimi ilə danışıqlar aparmadığını bildirərək deyib: Müharibənin dayandırılmasına zəmanət olmasa , müqavimət heç bir müqavilə imzalamayacaq”.

Sionistlərin addımları səbəbindən Həmas və İsrail rejimi arasında dolayısı danışıqların çıxılmaz vəziyyətə düşdüyü bu günlərdə HƏMAS hərəkatının Livandakı nümayəndəsi Əhməd Əbdülhadi verdiyi açıqlamada deyib.

Əhməd Əbdülhadi “əl-Məyadin”ə müsahibəsində bildirib ki, müqavimət müharibənin tam dayandırılmasına, işğalçı qüvvələrin Qəzza zolağından çıxarılmasına və bu bölgənin yenidən qurulmasına səbəb olacaq razılaşma istəyir.

HƏMAS hərəkatının Livan təmsilçisi Fələstin xalqının ən böyük prioritetinin düşmənin təcavüzünə qarşı müqavimət və qələbəyə qədər qətiyyət göstərmək olduğuna işarə edib.

Əhməd Əbdülhadi açıqlamasını belə davam etdirib: "Sionistlərin Qəzza xalqına qarşı apardığı vəhşi müharibəyə son qoymaq qərarı işğalçıların Qəzza zolağında dinc əhaliyə qarşı aclıq və soyqırım müharibəsini dəstəkləyən Vaşinqtonun əlindədir. Amerikanın planı sionist rejimlə eyni məqsədləri ehtiva edir. Bunlardan ən mühümü “Açıq olanı müqavimətin dağılması və Qəzzada alternativ hökumətin qurulması” planıdır.”