“Göyçə Zəngəzur Respublikası”nın prezidenti DTX tərəfindən istintaqa cəlb edilib

“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbovun və “respublika”nın yeni prezidenti olduğu bildirilən Tünzalə Çələbiyevanın DTX tərəfindən istintaqa cəlb edildiyi bildirilir.

Toplum Tv xəbər verir ki, bu barədə avqustun 10-da "Trend" məlumat yayıb.

Məsələylə əlaqədar DTX-də araşdırma və axtarış tədbirlərinin aparıldığı bildirilir.