Laçın rayonuna ermənilər köçürülür

Ermənistan işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasətini davam etdirir. Laçın rayonu ərazisində yaradılmış “Kaşataq rayonu”nun “administrasiya rəhbəri” Stepan Sərkisyan qanunsuz məskunlaşma ilə bağlı bəzi etiraflar edib.

Sərkisyanın sözlərinə görə, 2017-ci ildə 8 çoxuşaqlı ailə üçün həyət evləri tikilərək onların istifadəsinə verilib. Bu il isə həmin işlər davam etdirilib. S.Sərkisyanın sözlərinə görə, hazırda çoxuşaqlı ailələr üçün daha 18 ev inşa olunur. Onların bir neçəsi ilin sonunadək təhvil veriləcək, qalanlarında isə 2019-cu ildə qanunsuz məskunlaşanlar yerləşəcək. Məlumatda o da bildirilir ki, 2019-cu ildə Kəlbəcər ərazisində 50-yə yaxın ev tikiləcək. Bu evlərin 5 və daha artıq uşağı olan ailələrə verilməsi planlaşdırılır.

Ermənistan bununla paralel olaraq işğal zonasında çoxuşaqlılığı stimullaşdırmağa çalışır. Bundan əvvəl Qubadlı bölgəsində də qanunsuz məskunlaşma ilə bağlı məlumatlar yayılmışdı.

Beləliklə, işğalçı torpaqlarımızın birdəfəlik zəbti ilə bağlı öz məkrli siyasətini davam etdirir, ATƏT-in Minsk Qrupunun həmsədrləri isə gələn həftə regiona səfər edəcəkləri barədə “müjdə” verirlər.

musavat.com