İsrail “düşmənsiz yaşaya bilmir” və indi Türkiyəni düşmən kimi göstərməyə çalışır. Bunu bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, “təkcə Netanyahunun administrasiyası deyil, müxalifətdəki bəzi fiqurlar da Türkiyəni yeni düşmən elan etməyə çalışır”.
“Bu, İsraildə yeni bir inkişafdır... dövlət strategiyasına çevrilir”, – Fidan əlavə edib.
Həftəsonu Ərdoğan ABŞ Prezidenti Donald Trampa İranla razılaşdırılmış ilkin atəşkəs razılaşmasını poza biləcək “mümkün təxribatlar və sabotajlar” barədə xəbərdarlıq edib.
Bundan sonra, şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu “X” platformasında paylaşım edərək Ərdoğanı sərt tənqid edib və Təl-Əvivin Tehran və onun regional müttəfiqlərinə qarşı mübarizəni davam etdirəcəyini bildirib.
Həmin gün daha sonra İsrailin müdafiə naziri İsrael Katz da “X”də Ərdoğanı hədəf alaraq onu “kağız pələng” adlandırıb.
Katz yazıb ki, “İranın Türkiyə ərazisinə raket atəşinə cavab verməyən və “kağız pələng” olduğu ortaya çıxan Ərdoğan indi antisemitizmə sığınıb və Türkiyədə İsrailin siyasi və hərbi rəhbərliyinə qarşı şou məhkəmələr keçirməyə çağırır”.
Türkiyə Xarici İşlər Nazirliyi isə Netanyahunun Ərdoğanı hədəf alan açıqlamalarını pisləyib və bildirib ki, bu çıxışlar “bizim hər platformada ardıcıl şəkildə dilə gətirdiyimiz həqiqətlərin yaratdığı narahatlığın nəticəsidir”.
Nazirliyin bəyanatında deyilir:
“İşlədiyi cinayətlərə görə dövrümüzün H*tleri adlandırılan Netanyahu, keçmişi və fəaliyyəti hamıya bəlli olan bir fiqurdur”.
Bəyanatda həmçinin qeyd olunub ki, Netanyahunun “indiki məqsədi davam edən sülh danışıqlarını pozmaq və bölgədə genişlənmə siyasətini davam etdirməkdir”.
“Əks halda o, öz ölkəsində mühakimə olunmaq və həbs cəzası almaq riski ilə üz-üzədir”, – bəyanatda əlavə olunub. Bu, Netanyahunun uzun müddətdir davam edən korrupsiya məhkəməsinə işarədir.
Düşmənsiz yaşaya bilməyən İsrail indi də Türkiyəni düşmən kimi göstərməyə çalışır