Daha bir ölkə İsraillə diplomatik əlaqələri kəsdi

Boliviya hökuməti Qəzza zolağındakı hərəkətlərinə görə İsraillə diplomatik münasibətləri kəsir.

Bu barədə çərşənbə axşamı xarici işlər nazirinin müavini Freddi Mamani məlumat verib.

Boliviya televiziyasında yayımlanan mətbuat konfransında "Boliviya İsraillə diplomatik münasibətləri kəsmək qərarına gəldi" deyə bildirilir. 

Xatırladaq ki, artıq İsrailin 6 ölkədəki – Misir, İordaniya, Mərakeş, Bəhreyn, Türkiyə və Türkmənistandakı səfirliklərinin binaları boşaldılıb, onların əməkdaşları İsrailə qaytarılıb.