Azərbaycan məhkum sayına görə Avropa ölkələri arasında ikinci yerdədir. Ölkədə hər 100 min nəfərə 264 məhkum düşür.
Bu barədə Avropa Şurasının həbsxanalarla bağlı “2024 SPACE I” adlı illik hesabatında deyilir.
Bildirilir ki, 2023-2024-cü illər ərzində ölkədə məhkum sayı 8.3 faiz artıb. Bu göstəriciyə görə yalnız Türkiyə (356 məhkum) Azərbaycandan öndədir. Siyahıda Gürcüstan isə 261 məhkumla üçüncü yerdə qərarlaşıb.
Azərbaycan həm də həbsxanalarında sıxlıq problemi ilə üzləşən ölkələr sırasındadır.
Hesabatda bildirilir ki, hazırda ölkədə hər 100 yerə 103 məhkum düşür ki, bu da orta səviyyəli sıxlıq hesab olunur.
Hüquq müdafiəçisi Samir Kazımlı Meydan TV-yə deyir ki, Azərbaycanda məhbusların sayının artması məhkəmələrin sifarişlə işləməsi ilə əlaqədardır.
Azərbaycan məhkum sayına görə Avropa ölkələri arasında ikinci yerdədir