Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir inanclıya hökm oxudu. İyulun 23-də yekunlaşan iclas Müsəlman Birliyi Hərəkatının üzvü Tərlan Səyadov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxdı.
Məhkəmədə son çıxışını edən Tərlan Səyadov bildirib ki, o heç bir cinayət əməli törətməyib və bütün ittihamlar da saxtadır.
“Mənim yalnız bir günahım var, o da mənim inancım və əqidəmdir. Bu gün mən əqidəmə görə məhkum olunuram.”
Hakim Roman Ələkbərli bundan sonra qərarı elan edib. O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Tərlan Səyadovu 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Səyadov Tərlan Ağacan oğlu 2024-cü ilin 15 martda saxlanılmış və barəsində saxta narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü.
MBH üzvü Tərlan Səyadov 3 il müddətinə azadlıqdan məhrum edildi