Həzrət Abbas (ə) Hərəmində yeni Quran nüsxələri istifadəyə veriləcək

Həzrət Abbas (ə) Hərəmi zəvvarların faydalanması üçün minlərlə yeni Qurani-Kərim nüsxəsi hazırlayıb.

Bu barədə hərəm kompleksinin rəsmisi Seyid Hüseyn əl-Musəvi məlumat verib.

Həmçinin minlərlə yeni ziyarətnamə və dua kitabları da istifadəyə veriləcək.

Ümumilikdə təxminən 15 min nüsxədən söhbət gedir.