Avropa Əsas Hüquqlar Agentliyinin məlumatına görə, Aİ-nin 13 ölkəsində müsəlmanların 47%-i gündəlik həyatlarında, xüsusilə məşğulluq, təhsil, mənzil və ictimai yerlərdə ayrı-seçkiliklə üzləşirlər.
Hesabatda bu rəqəmlərin inteqrasiya siyasətlərinin ömrünün sonuna çatdığını və daha əhatəli və təsirli yanaşmaların araşdırılmasının vaxtının gəldiyini göstərdiyi bildirilib.
İSESCO-nun baş direktor müavini doktor Amira Əl-Fazıl konfransda çıxışı zamanı bildirib ki, islamofobiya artıq müsəlmanları narahat edən məsələ deyil, daha çox cəmiyyətləri təhdid edən, ədalət və sülh dünyası qurmaq səylərinə zərbə vuran bir fenomendir.
O, həmçinin qeyd edib ki, bu, cəmiyyətləri təhlükə altına alan, ədalətin və birgəyaşayışın əsaslarını sarsıdan qlobal təhlükədir.
“Bu fenomenin kökündə İslam qorxusunu alovlandıran, onu zorakılıq dini kimi göstərən və mediada istismar edilən diskurs dayanır”. İclasda çıxış edən İSESKO-nun baş direktorunun müavini bildirib ki, islamofobiya ekstremizm və zorakılıq üçün əlverişli mühit yaradır, ictimai harmoniyanı pozur və sivilizasiyalararası dialoqa mane olur.
O, həmçinin əlavə edib ki, müsəlmanlara qarşı ayrı-seçkiliyin bütün formaları kriminallaşdırılmalı, təhsil və medianın rolu gücləndirilməli, nifrət nitqinin yayılmasının qarşısını almaq üçün rəqəmsal platformaların monitorinqi aktivləşdirilməlidir.
Avropalı müsəlmanların 47%-i ayrı-seçkiliklə üzləşir