İsrail Yəmən limanını vurdu

İsrail Hərbi Hava Qüvvələri Yəmənin Hodeydə limanındakı hərbi obyektlərə zərbələr endirib.

Bu barədə IDF məlumat yayıb. 

Qeyd olunur ki, hücuma məruz qalan obyektlər arasında liman infrastrukturunun bərpası üçün istifadə edilən mühəndis avadanlıqları, yanacaq konteynerləri, İsrailə qarşı istifadə olunan hərbi gəmilər, eləcə də limana bitişik Qırmızı dəniz sularında olan gəmilər var.