Dünyanın su kanalları problemləri davam edir - Panama keçid haqqını rekord həddə qaldırdı
Panama kanalından keçid haqqı rekord həddə - 1,1 milyon dollara çatıb.
Financial Times qəzetinə istinadən xəbər verir ki, bu, kanaldan istifadə edənlərin hədsiz çoxalması ilə bağlıdır:
"Panama Kanalının tez-tez istifadə olunan şlüzlərindən keçid üçün gündəlik hərraclarda keçid haqqı bu ay orta hesabla təxminən 1,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü üçün orta qiymətdən 16 dəfə çoxdur".













