07 August 2026

Həbsdə olan qazi: “Bizi bəh-bəhlə ölümə göndərən Azərbaycan xalqı arxamızda durmadı”

Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsinin bir neçə iştirakçısı Meydan TV-yə müsahibə verib. Əksər dustaqların adları ilə deyil, “qazi” deyə müraciət etdikləri bu şəxslər narkotik ittihamı ilə şərlənərək həbs olunduqlarını iddia edir, müharibədən sonrakı həyatlarında qarşılaşdıqları problemlərdən, həbs edilmələrinin səbəblərindən və cəzaçəkmə müəssisəsində üzləşdikləri problemlərdən danışıblar.

“Qələbəni biz qazandıq, amma faydasını başqaları gördü”

Livanda partlayış: Atəşkəsdən bəri ilk dəfə iki İsrail əsgəri öldürülüb

İsrail ordusu Livanın cənubundakı Məcdəl Zun kəndində baş verən partlayışda iki əsgərinin öldüyünü, dörd əsgərinin isə ağır yaralandığını açıqladı. Hadisə, İsrail və Hizbullah arasında atəşkəs rejiminin 20 iyunda başlamasından bəri ilk İsrail itkisi idi. İsrail ordusu cümə axşamı günü Livanın cənubundakı partlayışda iki İsrail əsgərinin öldüyünü açıqladı. Bunlar, İsrail və Livan silahlı qrupu Hizbullah arasında təxminən iki ay əvvəl başlayan kövrək atəşkəs rejimindən bəri ilk İsrail itkiləri idi.

Azərbaycan-İran idman əməkdaşlığı üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planı imzalanıb

İranın idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, gənclər və idman naziri Fərid Qayıbov İranın idman və gənclər naziri Əhməd Dünya Mali və geniştərkibli nümayəndə heyəti ilə ikitərəfli görüş keçirib. Görüşdə tərəflər arasında gənclər və idman sahələrində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

AXCP Salyan şöbəsinin sədri Zamin Salayev azadlığa çıxıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri Zamin Salayev avqustun 7-də azadlığa çıxıb.

Partiya üzvlərinin yaydığı məlumata görə, onun cəzaçəkmə müddəti başa çatıb.

Zamin Salayev 2023-cü il fevralın 7-də “xuliqanlıq, silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə" ittihamı ilə həbs edilib.

KİV: Hörmüz boğazı ilə bağlı İran və Oman arasında müvəqqəti razılaşma əldə olunub

İran və Oman arasında Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmanın əsas prinsipləri razılaşdırılıb.

Bu barədə "MS Now" telekanalı danışıqlardan məlumatlı iki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Oman müvəqqəti razılaşmanı qəbul edib.

Vaşinqtonun Kərbəla xəyaləti…

O illər təzə oxumağı öyrəndiyim illər idi…

Nənəm mənə Füzulinin "Hədiqətüs-Süəda" əsərini verər və ucadan oxumağımı istəyərdi. Adımın "Hüseyn" olması bu seçilmişliyin səbəbi olub-olmadığını bilmirəm!

İmam Hüseynin Kərbəlada sudan necə məhrum edildiyini, çadırlarının necə yandırıldığını, uşaqların fəryadını və qardaşı Abbasın Fəratdan su gətirməyə çalışarkən oxlarla şəhid edildiyini oxuyardım…

"Qarabağ" "Dinamo"ya uduzdu

UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.

“Lublin Arena”da oynanılan qarşılaşma Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.

Suriyada, Dəməşq yaxınlığında mikroavtobusda partlayış baş verib, 14 mülki şəxs yaralanıb

Suriyanın Daxili İşlər Nazirliyi Dəməşqin yaxınlığında baş verən mikroavtobus partlayışında ölənlərin olduğu barədə məlumatları təkzib edib.

Bu barədə nazirliyin “Telegram” kanalında məlumat verilib.

"Daxili İşlər Nazirliyi Cərəman ətrafında baş verən və 14 mülki şəxsin yaralanması ilə nəticələnən partlayışla bağlı araşdırmasını davam etdirir", - məlumatda deyilir.

Səudiyyə Yəmənin bu ölkəyə hücumu səbəbindən ABŞ-yə neft axınını tamami ilə dayandı

Yaxın Şərqdə gərginləşən vəziyyət dünya neft bazarında ciddi dəyişikliklərə səbəb olub.

Bloomberg-in məlumatına görə, Səudiyyə Ərəbistanından ABŞ-yə neft tədarükü son 40 ildə ilk dəfə sıfıra enib.

Səudiyyə Ərəbistanının neft ixracında yaranan çətinliklər Yəmən husiləri ilə münaqişənin kəskinləşməsi və strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının bağlanması ilə əlaqələndirilir.

Husilər Səudiyyə Ərəbistanına hücum etdi – 58 hərbçi öldürülüb, yaralananlar var

Səudiyyə Ərəbistanının cənub sərhəd bölgəsi Nəcranda husilərin hücumları 11 nəfər yaralanıb.

Yaralılar arasında yeddi Səudiyyə Ərəbistanı vətəndaşı, bir Yəmən vətəndaşı, iki Misir və bir Pakistan vətəndaşı var.

Yerli mənbələrin məlumatına görə, hücumlar nəticəsində ən azı 58 əsgər həlak olub, onlarla əsgər yaralanıb.

İraqda 20 min nəfərin iştirakı ilə Quran müsabiqəsi başladı

Avqustun 1-də İraqın Neynəva əyalətində Müqəddəs Qurani-Kərimin əzbərlənməsi üzrə genişmiqyaslı müsabiqəyə start verilib.

Yarışda müxtəlif yaş qruplarını təmsil edən 20 min nəfər iştirak edir.

Müsabiqədə kişilər, qadınlar, gənclər və yaşlılar iştirak edirlər. İştirakçılar belə əhəmiyyətli tədbirin bir hissəsi olmaqdan böyük məmnunluq duyduqlarını bildiriblər.

Rusiya Ermənistanın Qərbə yönəlməsindən narahatdır; İki ölkənin müttəfiqliyi şübhə altındadır

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev Ermənistanın Moskva ilə müttəfiqlik öhdəliklərinə sadiqliyini şübhə altına alaraq, İrəvanın Qərbə yaxınlaşmasının iki ölkə arasında strateji münasibətlərə zərbə vurduğunu bildirib.