06 August 2026

“Qaya məscidləri” UNESCO-nun Ümumdünya İrs Siyahısında

Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətinin “Qaya Məscidləri” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Manqistaunun qaya məscidləri (Beket-ata, Şopan-ata, Karaman-ata, Şakpak-ata, Sultan-epə) UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu qərar Ümumdünya İrs Komitəsinin 48-ci sessiyasında qəbul olunub.

"Orxus" "Sabah"a qalib gəldi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada "Orxus" və “Sabah” komandaları arasında ilk oyun başa çatıb.

"Randers" stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Orxus"un qollarını Ceyms Boqere vurub. Azərbaycan təmsilçisinin yeganə qoluna isə Velko Simiç imza atıb.

Komandalar arasında cavab matçı avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.

İsrail yenidən Livanı bombaladı

İsrail ordusu son saatlarda Livanın cənubunda bir sıra hücumlar həyata keçirib.

Bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Əl-Mansuri ərazisinə üç hava hücumu və artilleriya atəşi endirilib. Ən azı dörd hava hücumu Tir şəhəri yaxınlığında yerləşən Burc əl-Şimali kəndinə də endirilib.

Livan hökumətinin məlumatına görə, Tirdəki xəstəxanalara ən azı dörd yaralı yerləşdirilib.

Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirlən ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkilləri Rüfət Səfərovun şüşə qəfəsdən çıxarılaraq yanlarında əyləşməsini xahiş ediblər. Məhkəmə tərkibi buna etiraz etməyib.

Biz coğrafiyamızın üstünlüklərini ABŞ-ın, İsrailin maraqlarına qurban verə bilmərik!

Səfəvilik həm müasir Azərbaycanın, həm də İranın söykəndiyi ortaq tarix, hər iki ölkə üçün qüdrətli imperiya keçmişi və dövlətçilik maraqları baxımından da qorunması çox vacib bir dəyər, qiymətli mirasdır.

İndi ayrı-ayrı müstəqil dövlətlər olsaq da, keçmişimiz birdir, ortaq tarixə və mədəniyyətə, eyni məzhəbə sahibik - eynilə bir ananın böyümüş, ayrılıb öz evlərini qurmuş övladları kimi.

Siyasi məhbus bir həftədir "kars"da saxlanılır

Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsində (Tubzon) saxlanılan dindar, siyasi məhbus Siyavuş Hüseynovdan ailəsi xəbər ala bilmir. Bu gün məlum olub ki, onu cəza kamerasına salıblar. Bu barədə onun ailəsi məlumat verib:

"Siyavuş sonuncu zəngindən bizə dedi ki, əgər zəng etməsəm bilin ki, məni "kars"a salıblar.

Amma səbəbinin izah etmədi. Bu gün xəbər tutduq ki, "kars"a salınıb.

Türkiyəli diplomat: “Azərbaycan sülh sazişini Konstitusiya məsələsini sonraya saxlayaraq imzalaya bilər”

Türkiyənin NATO yanında keçmiş daimi nümayəndəsi, “Ankara Siyasət Mərkəzi”nin direktoru Fatih Ceylan hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişini imzaladıqdan sonra sənəddən irəli gələn hüquqi dəyişiklikləri mərhələli şəkildə həyata keçirə bilərlər.

Ceylan bu fikirləri Ermənistanın “Armenpress” agentliyinə müsahibəsində səsləndirib.

Husilər Səudiyyə tankerini vurdular

Husilər (Ənsar Allah) Ədən körfəzində Səudiyyə Ərəbistanının Daisy neft tankerini ballistik raketlə vurublar.

Qruplaşma gəminin vurulduğunu və kursunu dəyişib geri qayıtmağa məcbur edildiyini bildirib.

Onlar Səudiyyə Ərəbistanının neft tankerlərinin hərəkətlərini izlədiyini və həm şimaldan, həm də cənubdan Qırmızı dənizdən keçmələrinin qarşısını almaq niyyətində olduqlarını deyib.

Hazırda həbsdə olan ictimai fəal Nicat İbrahimin cəzası ağırlaşdırılıb

Nicat İbrahimin hazırda saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisənin rəisi onun cəzasının sərtləşdirilməsi ilə bağlı məhkəməyə tədimat verib. Bundan sonra Nərimanov Rayon Məhkəməsi fəalın saxlanma rejiminin sərtləşdirilməsinə qərar verib.

Məhkəmənin qərarı ilə Nicat İbrahim 6 ay müddətinə qapalı rejimli cəzaçəkmə müəssisəsinə köçürüləcək. Müəssisə rəisi onun cəzasını 3 il müddətinə qapalı rejimdə çəkməsini tələb edib.

Məhkəmə İmamoğlu üçün açılan hesaba Türkiyədən girişi məhdudlaşdırıb

X, vəzifəsindən kənarlaşdırılmış və saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (IMM) meri Əkrəm İmamoğlunun "Prezidentliyə Namizəd Ofisi" hesabına tətbiq edilən giriş məhdudiyyətinə qarşı qanuni tədbir gördü. Sosial media platforması X (əvvəlki adı Twitter), vəzifəsindən kənarlaşdırılmış və saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (IMM) meri Əkrəm İmamoğlunun "Prezidentliyə Namizəd Ofisi" hesabına Türkiyədən tətbiq edilən giriş məhdudiyyətinə qarşı apelyasiya şikayəti verdiyini açıqlayıb.

Rusiya Ukrayna paytaxtı Kiyev və ətrafına genişmiqyaslı hücumlar həyata keçirib

Rusiyanın Ukraynanın paytaxtı Kiyev və ətrafında gecə ərzində həyata keçirdiyi genişmiqyaslı hücumlarda ən azı 15 nəfər həlak olub. Bu barədə açıqlama Ukrayna hakimiyyəti və təcili yardım xidmətləri tərəfindən verilib.

Ukrayna Dövlət Təcili Yardım Xidməti Telegram vasitəsilə bildirib:

“Düşmənin Kiyev xaricindəki gecə hücumunda 14 nəfər ölüb, 27 nəfər yaralanıb.”

Bakıda Mirtağı məscidində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyi Suraxanı rayonu, Köhnə Günəşli ərazisində yerləşən “Mirtağı” məscidində baş verən yanğınla bağlı məlumat yayıb.

Gecə yarısı baş verən yanğın məscidin ərazisində yerləşən tikilidə baş verib. Yanğınsöndürənlər alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə onu söndürüblər. Məlumata görə əsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub.

ABŞ SEPAH-la əlaqəli üç aviaşirkət və iki təyyarəyə tətbiq olunan sanksiyaları ləğv edib

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli üç aviaşirkət və iki təyyarəyə qarşı tətbiq edilmiş terrorizmə qarşı sanksiyaları ləğv edib.

Bu barədə "Reuters" məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, sözügedən aviaşirkətlər və təyyarələr artıq terrorizmlə əlaqədar sanksiyalar siyahısında yer almır.