İrandan Azərbaycana qoyulmuş investisiyaların həcmi açıqlandı
Cari ilin yanvar–sentyabr aylarında İrandan Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi 271,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 milyon ABŞ dolları və ya 1,5 faiz azdır.













