10 December 2025
Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsi üzrə şikayətə baxılıb.
Qazaxıstan PUA hücumları səbəbindən neftin ixrac marşrutlarını yenidən nəzərdən keçirir
Qazaxıstan PUA hücumları səbəbindən neftin ixrac marşrutlarını yenidən nəzərdən keçirir
Qazaxıstan Pilotsuz Uçuş Aparatları (PUA) ilə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna endirilmiş hücumlardan sonra "Kaşağan" yatağından neftin ixrac marşrutlarını nəzərdən keçirməyə və onun bir hissəsini Çinə yönəltməyə qərar verib.
Qazaxıstan KİV-i xəbər verir ki, bu barədə qərarı Qazaxıstanın Energetika Nazirliyi qəbul edib.
Fakt Yoxla Rəşad Mahmudovun iddiasının yanlış olduğunu üzə çıxardı
Milli Məclisinin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı iddia edib ki, Azərbaycanda səhiyyə sahəsində son 5 ildə xərclər təxminən 400% artıb.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycanda səhiyyə sahəsinə ayrılan xərclər 2023-cü ilə qədər dövlət büdcəsindən, 2023-cü ildən isə dövlət büdcəsi ilə yanaşı, icbari tibbi sığorta fondu tərəfindən maliyyələşdirilib.
Namizəd Səfərov saxlanılıb
Dekabrın 9-da hüquqşünas Namizəd Səfərovun saxlanıldığı deyilir.
APA yazır ki, faktla bağlı araşdırma aparılır.
“İlkin məlumata görə, onun saxlanılmasına dələduzluqla bağlı şikayətlər səbəb olub”, - xəbərdə deyilir.
N.Səfərov Vəkillər Kollegiyasından 2005-ci ildə çıxarılıb.
Özü bunu kollegiyanın rəhbərliyini tənqid etməsi ilə əsaslandırmışdı.
İsrailin "Sinvar" və "Deyf"ə qarşı sui-qəsd planı açıqlandı
İsrail qəzeti Yedioth Ahronoth tərəfindən dərc edilən yeni hesabatda İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixində Əl-Əqsa tufanı əməliyyatından iki il əvvəl HƏMAS-ın yüksək vəzifəli komandirləri Yəhya əl-Sinvar və Məhəmməd əl-Deyfi hədəf alan sui-qəsd planları hazırladığı açıqlanıb.
Bu məlumat, İsrailin yüksək rütbəli hərbi zabitlərinin 7 oktyabr kəşfiyyat və əməliyyat uğursuzluqlarını araşdırmaq vəzifəsi daşıyan xüsusi komitə olan "Tərcüman Komitəsinə" verdiyi ifadələrdən toplanmışdır.
Soyqırımçı İsrail atəşkəsə baxmayaraq Qəzzanın cənubuna və şimalına zərbələr endirir
Qatil İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağının cənubuna və şimalına yeni hava hücumları təşkil edib.
İşğalçı İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərini havadan bombalayıb.
İsrail ordusu şəhərin şərqini artilleriya atəşi ilə atəşə tutub, eyni zamanda Rəfahın şimal və şərq bölgələrini vertolyotlardan şiddətli atəşə tutub.
Azərbaycanın məscid və kilsələrində “Yaşıl gələcək naminə” aksiyası keçirilib
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkədə “Yaşıl gələcək naminə” ekoloji aksiyası təşkil olunub.
Aksiya Tovuz, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Şəki, Qəbələ, Oğuz, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Ucar, Kürdəmir, Zərdab, Lənkəran, Astara, Lerik, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər, Ağcabədi, Masallı, Cəlilabad və Yardımlı rayonlarında olan məscid və bir neçə kilsə ərazisində dini icma üzvlərinin iştirakı ilə keçirilib.
'The Times of Israel' Bakının Qəzzada beynəlxalq missiyaya qoşulması üçün şərtlərindən yazır
Qəzzada sülhyaratma missiyasına qoşulmaq istəyən ölkələr narahatdır ki, əsgərləri atışma ortasında qalar. Bu zona tərksilah olunmayınca İsrail oradan çıxmayacaq, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS isə tərksilah olmağa tələsmir. "The Times of Israel" qəzeti bu məsələdən yazır.
UEFA Çempionlar Liqası: "Qalatasaray" məğlub olub
"Qalatasaray" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində növbəti matçına çıxıb.
Türkiyə təmsilçisi səfərdə Fransanın "Monako" klubu ilə üz-üzə gəlib.
"Stade Luis 2" stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayan matçda meydan sahibləri qələbə qazanıb: 1:0.
Folarin Baloqun görüşdə yeganə qolun müəllifi olub. "Monako"nun heyətində 51-ci dəqiqədə Denis Zakariya penaltidən yararlana bilməyib.
Hesabat: Aİ Azərbaycanla münasibətlərdə insan hüquqlarını enerji maraqlarına qurban verir
Azərbaycanda Repressiyaya Son Kampaniyası Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlərin son illərdəki istiqamətini tənqid edən yeni hesabat dərc edib. “Prinsipləri alverə çevirmək: Azərbaycanda insan hüquqları böhranı - Avropa İttifaqı enerji və geosiyasəti üstün tutur” adlı sənəddə bildirilir ki, Aİ Azərbaycanla əməkdaşlıqda insan hüquqları, demokratiya və hüququn aliliyi kimi prinsipləri getdikcə daha çox enerji təhlükəsizliyi və geosiyasi hesablamalara tabe edir.













