09 December 2025

İmam Hüseyn (ə) Ziyarətgahının çoxşaxəli iqtisadi, humanitar və elmi fəaliyyəti

Son on bir ildə İmam Hüseyn (ə) Ziyarətgahı təkcə müqəddəs ziyarətgah kimi deyil, həm də mədəniyyət, təhsil, humanitar və iqtisadi fəaliyyətlərin mərkəzi kimi diqqət çəkir. 2014–2025-ci illər ərzində ziyarətgahın icra etdiyi layihələr onun çoxşaxəli fəaliyyətini və regional təsirini ortaya qoyur.

Öncədən qeyd edək ki, İraqdakı ziyarətgahlarının əksəriyyətinin ali, orta təhsil müəssisələri, tibbi klinikaları, zavod, fabrik və kiçik müəssisələri var.

İraq Hizbullah və Ənsarullahı terrorçular siyahısından çıxardı

İraq Terrorçu Aktivlərinin Dondurulması Komitəsi əvvəlki siyahıda buraxılan səhvi düzəldərək Livan Hizbullahı və Yəmən Ənsarullah Hərəkatının adlarını rəsmi olaraq terrorçular siyahısından çıxarıb. Sumeriye News-un məlumatına görə, komitə rəsmi siyahısında dəyişiklik edərək iki hərəkatı siyahıdan çıxarıb.

 

7 dekabr 2025-ci il tarixli iclasda qəbul edilən qərar

Rüfət Səfərov: 'Bu ölkədəki vəziyyətin, idarəetmənin bir adı var – tiranlıq'

"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, aylardır sürən məhkəməsindən ədalət gözləntisi yoxdur. Hüquq müdafiəçisi vurğulayır ki, tiranlığın hökm sürdüyü ölkədə ədalətli məhkəmə ola bilməz.

"Bu ölkədəki vəziyyətin, buradakı idarəetmənin də, bu məhkəmənin də bir adı var – tiranlıq. Ölkə hansı gündədirsə, məhkəmə də o gündədir...", - R.Səfərov dekabrın 8-dəki məhkəməsində belə deyib.

2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon 600 min manat proqnozlaşdırılır

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilib.

İnanc azadlığı və siyasi məsuliyyət: 116 gündür davam edən inanclı xanımların həbsi və artan narahatlıqlar

Artıq 116 gündür ki, Azərbaycanda bir qrup inanclı xanımın həbsi ictimai və siyasi müstəvidə ciddi müzakirələrə səbəb olur. Həbsin müddətinin uzanması və ittihamların qeyri-şəffaflığı bu prosesin həm hüquqi, həm də insan haqları kontekstində əlavə suallar doğurmasına gətirib çıxarıb.

BMT İsraili qınayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Doha Forumunda İsrailin Qəzzadakı əməliyyatlarını qınayıb.

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese də Qətər Əmirliyi tərəfindən təşkil edilən Doha Forumunda iştirak edib.

Albanese sosial media paylaşımında: "Doha Forumunda bir çox dövlətin əməkdaşlığı ilə həyata keçirilən İsrail soyqırımını qınadım" deyib.

Mərkəzi banklar, geosiyasi risklər və Fed: 2026-cı ildə qızılı nə gözləyir?

2025-ci ilin diqqətəlayiq 60% artımının təkrarlanması ehtimalı az olsa da, qızıl 2026-cı ilə güclü bir təməl üzərində qədəm qoyur.

2025-ci ildə qızılın 60%-dən çox artaraq 50-dən çox rekord həddi keçdiyi tarixi bir ildən sonra investorlar indi qiymətli metalın bu yüksəlişi 2026-cı ilə qədər davam etdirib-etdirə bilməyəcəyinə diqqət yetirirlər.

İmamoğlunun diplom məhkəməsi 16 fevrala qədər təxirə salınıb

Hazırda Silivridəki Marmara Həbsxanasında həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğluna qarşı saxta universitet diplomu olması iddiaları ilə bağlı qaldırılan iş bir daha təxirə salınıb.

Bazar ertəsi səhər Silivri Həbsxanasında keçirilən üçüncü məhkəmə iclasında iş 16 fevrala qədər təxirə salınıb.

İmamoğlunun təxirə salınma qərarına münasibət bildirərək "Bu, ayıbdır" dediyi bildirilir.

“Beşiktaş” öz meydanında xal itirdi

Türkiyə Super Liqasında XV tura yekun vurulub.

Turun son oyun günündə iki qarşılaşma keçirilib.

“Alanyaspor” öz meydanında “Antalyaspor”u qəbul edib. Görüş qol vurulmadan - 0:0 hesabı ilə başa çatıb.

Turun digər matçında isə “Beşiktaş” doğma azarkeşləri önündə “Qaziantepspor”la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda 4 qol qeydə alınıb. Lakin qalib müəyyənləşməyib və qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Dünyanın ən uzun əlyazma Quran nüsxələrindən biri hazırlanıb

Məhəmməd Casim dünyanın ən uzun əlyazma Quran nüsxələrindən birini hazırlayıb.

Hindistanlı müsəlman tələbə olan Casim bununla öz adını Ginnesin Rekordlar Kitabına daxil edə bilib.

Ərəb dili üzrə təhsil alan Casim xəttatlıq üslubu ilə 1 106 metr uzunluğunda Qurani-Kərim nüsxəsini əl ilə yazıb. O, bu işi 2 ilə tamamlayıb.

İsrail ordusu yenidən atəşkəsi pozaraq Livana zərbələr endirib

İsrail ordusu növbəti dəfə atəşkəsi pozaraq 9 dekabr gecəsi Livanın cənubuna bir sıra zərbələr endirdiyini açıqlayıb.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Zərbələrin Hizbullahın hərbi hədəflərinə yönəldiyi bildirilib. Məlumata görə zərbələrin hədəfi Radvan xüsusi təyinatlı qüvvələrin üzvlərinə təlim keçmək üçün istifadə edilən düşərgə olduğu iddia edilir.