08 December 2025

Həmas: Silahları yalnız işğal bitərsə Fələstin dövlətinə təhvil verərik

Həmas: “Silah işğal bitəndə Fələstin dövlətinə təhvil veriləcək”

Fələstin müqavimət hərəkatı Həmas İsrailin işğalı tamamilə sona çatmadan silahların təhvil verilməsinin və ya silahsızlanmanın mümkünsüz olduğunu açıqlayıb. Hərəkatın siyasi bürosunun yüksək rütbəli üzvü və baş danışıqlarçısı Xəlil əl-Həyyə şənbə günü bəyan edib ki, “bizim silahımız işğalın və təcavüzün mövcudluğuna bağlıdır və işğal sona çatsa, bu silah dövlətə təhvil veriləcək.”

 

İmam Hüseyn (ə) Ziyarətgahının dəstəyilə beynəlxalq xəttatlıq müsabiqəsi keçirilib

İraqda İmam Hüseyn (ə) Ziyarətgahının Quran bölümünün dəstəyilə beynəlxalq xəttatlıq müsabiqəsi keçirilib.

İmam Hüseyn (ə) Ziyarətgahının Quran bölümü üçüncü “Varis əl-Ənbiyə” beynəlxalq xəttatlıq müsabiqəsinin nəticələrini elan edib.

Məlumata görə, yarışmada 11 ölkə təmsil olunub.

Tehran və Bakı: Tarixin sayəsindəki qonşuluq, gələcəyin üfüqündəki tərəfdaşlıq

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr sırf coğrafi qonşuluqdan daha dərin tarixi və mədəni qohumluqdan və sivilizasiyadan ibarətdir və bu əlaqələr Araz çayının hər iki sahilindəki xalqların uzun müddətli və ayrılmaz bağlarına əsaslanır. Bu dərin bağlar cəmiyyətlərimizdə elə bir yer tutub ki, birinin tarixini, ədəbiyyatını, incəsənətini, dinini və kimliyini digərsiz təsəvvür etmək çətindir.

Həcc və Ümrə ziyarətində foto və video çəkilişi qadağan edildi

Səudiyyə rəsmiləri 2026-cı il Həcc mövsümündən Məkkədəki Məscidül-Həram və Mədinədə Məscid ən-Nəbəvidə hər cür foto və video çəkilişini tamamilə qadağan edib.

Qadağa iki müqəddəs məsciddə qapalı və ya açıq havada cib telefonları, kameralar və hər hansı digər bu tipli cihazlarına şamil edilir.

Qeyd edək ki, bəzi mənbələr qadağaların artıq qüvvəyə mindiyini də bildirir.

"Quranı əzbərləmək İslamın mesajını dünyaya çatdırmaq üçün vacibdir"

Əhməd əl-Tayib Qahirədəki Əl-Əzhər İslam Mərkəzində “İmam əl-Tayib Quran əzbərləmə və təcvid məktəbi”ndə təhsil alan bir qrup beynəlxalq tələbəni qəbul edib.

Əl-Əzhər Şeyxi bildirib ki, Quran əzbərləməsinə üstünlük verilməsi, İslamın mahiyyəti olan yaxşılıq, mərhəmət və sülh mesajını dünyaya çatdıra bilən yeni bir gənc nəsil yetişdirmək üçün vacibdir.

Türkiyə ordusu üç istiqamətdən Suriyaya daxil oldu

Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyaya üç istiqamətdən daxil olub.

TSK-nin ölkədə hərbi yerləşdirməyə başladığı bildirilir. Ordu Afrin, Serekaniye və Hələbin şimalına doğru hərəkət edir və bəzi məlumatlara görə, konvoylar Mənbicə doğru irəliləyir.

Suriya hökumət qüvvələri də Deyr əz-Zor bölgəsinə yeni hərbi qüvvələr göndərməyə başlayıb. Yerli mənbələr artilleriya sistemləri ilə birlikdə bölgəyə pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyini bildirir.

Netanyahu Suriyadan çəkilməyəcəklərini açıqladı

İsrail Baş naziri Binyamin Netanyahu işğalçı İsrail ordusunun Suriyanın cənubunda işğal etdiyi ərazilərdən çəkilməyəcəyini bildirib.

İsrail səfirlərinin, missiya rəhbərlərinin və Xarici İşlər Nazirliyinin rəsmilərinin qatıldığı konfransda çıxış edən Netanyahu, Suriyada işğal etdikləri ərazilərdən çəkilməyəcəklərini bir daha təkrarlayıb.

Kamboca Tailandın hərbi bazasını atəşə tutub, ölən və yaralananlar var

Kamboca ordusunun Tailand ərazisindəki Anuponq hərbi bazasına hücumu nəticəsində 1 hərbçi həlak olub, daha 2 nəfər isə yaralanıb.

Bu barədə “Khaosod” portalı Tailand ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

Rəsmi açıqlamaya görə, hücumdan sonra aparılan operativ qiymətləndirmə Kamboca tərəfinin sərhəd boyunca aktiv hərbi hərəkətlərə başladığını göstərib.

Ayətullah Sistaninin tövsiyəsi hökumətdən maaş alanların arxasında namaz qılmağı qadağan edirmi?

Son günlər cəmiyyətdə anlaşılmazlıq yaradan bir məsələ geniş müzakirələrə səbəb olub. Bəzi sosial media seqmentlərində bu məsələnin gündəmə gətirilməsi Ayətullah Sistaninin guya hökumətdən maaş alan şəxslərin arxasında namaz qılmağı qadağan etdiyi və həmin namazın qəbul olunmadığı kimi yanlış qənaətlərin formalaşmasına səbəb olub. Məsələnin tam aydın olmaması bir sıra şəxslərdə mənəvi narahatlıqlar yaratdığı üçün mövzunu araşdırmağa çalışdıq.