13 October 2025

Azərbaycan kikboksçularından möhtəşəm nəticə

07–12 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya Kuboku idmançılarımızın yüksək nəticələri ilə yadda qalıb.

Yarışda 41 idmançı, 5 məşqçi, 7 hakim və komanda rəhbəri ilə təmsil olunan kikboksinq üzrə milli yığmamız, 40 ölkədən 2311 idmançının mübarizə apardığı bu nüfuzlu turnirdə 8 qızıl, 9 gümüş və 9 bürünc medal qazanaraq ümumi sıralamada 7-ci yeri tutub.

Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparılıb

İsrail tərəfindən azad edilən fələstinli məhbuslar Qəzzaya və Ramallaha aparılıb.

“Aljazeera” xəbər verir ki, fələstinlilər məhbusları qarşılamaq üçün Qəzzadakı Nasser xəstəxanasının qarşısında toplaşıblar.

Məhbsular tibbi yoxlanışdan keçirlər.

Qeyd edək ki, azad olunan fələstinlilərdən 154 nəfər deportasiya olunmaq üçün Misirə göndərilib.

Avropa İttifaqı biometrik nəzarəti həyata keçirərkən Azərbaycan hələ sənədlərdə baş örtüyünün tətbiqini həyata keçirə bilmir

Avropa İttifaqı (Aİ) oktyabrın 12-də 29 ölkəni əhatə edəcək yeni "Giriş-Çıxış Sistemi"nin mərhələli icrasına başlayıb.

Pasportlara möhür vurulmadan, səyahətçilərin məlumatlarının rəqəmsal toplanmasını nəzərdə tutan bu sistem 29 ölkənin sərhəd keçid məntəqələrində tədricən tətbiq olunacaq və 2026-cı ilin aprelin 10-a qədər tam şəkildə həyata keçiriləcək.

Avropa Məhkəməsi Azərbaycanda casus proqramla izlənən 59 nəfərin işi üzrə kommunikasiya başladır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan jurnalist və ictimai fəalların “Pegasus” casus proqramı ilə bağlı şikayətləri üzrə kommunikasiya mərhələsinə başlayıb. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.

Namazlı xatırladır ki, 2021-ci ildə yayılan məlumatlara görə, bir sıra ölkələr, o cümlədən Azərbaycan, müxalif şəxslərin və jurnalistlərin telefonlarına “Pegasus” casus proqramı vasitəsilə müdaxilə edib. 

Həbsdə olan siyasətçilər Şəmşad Ağanın azadlığa buraxılması üçün prezidentə müraciət ediblər

“Toplum TV işi” üzrə həbsdə saxlanılan III Respublika Platformasının üzvləri Akif Qurbanov və Ruslan İzzətli prezident İlham Əliyevə müraciət ediblər. Oktyabrın 12-də ictimailəşdirilən müraciətdə siyasətçilər “Meydan TV işi”ndə təqsirləndirilən və həbsdə olan jurnalist Şəmşad Ağanın azadlığa buraxılmasını xahiş ediblər.

Gürcüstanın xarici ticarət dövriyyəsi 9 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan xarici ölkələrlə 18,54 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.

Ölkənin Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.

Son 1 ildə Gürcüstanın ixracının dəyəri 7,7 % artaraq 5,15 milyard ABŞ dolları, idxalnın dəyəri isə 9,7 % artaraq 13,39 milyard ABŞ dolları təşkil edib.

10 insan haqları təşkilatı Beynəlxalq Hakimlər Assosiasiyasını Azərbaycana qarşı addım atmağa çağırıb

10 beynəlxalq insan haqları təşkilatından ibarət koalisiya Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA) 11-17 oktyabr tarixlərində Bakıda keçiriləcək illik toplantısı ərəfəsində assosiasiyaya məktub ünvanlayıb. 

Təşkilatlar assosiasiyanı Azərbaycanda "məhkəmə sisteminin müstəqil olmaması və davam edən repressiyalarla bağlı ciddi qətnamə" qəbul etməyə çağırıblar. 

28 günlük aclıq aksiyası nəticəsində Nicat İbrahimin səhhətinin pisləşdiyi bildirilir

Həbsdə olan və 28 gündür aclıq aksiyası keçirən ictimai fəal Nicat İbrahimin səhhətinin pisləşdiyi deyilir.

Bu barədə “Toplum TV”-yə onun həyat yoldaşı Pərvin İbrahim bildirib. 

Onun sözlərinə görə, sonuncu telefon zəngində fəalın səsi çox zəif gəlib və danışmağa taqəti olmayıb. 

Beyrut stadionunda keçirilən böyük “Seyid nəsilləri” konfransında 60 mindən çox insan iştirak edib

Livan tarixində ən böyük anım yığıncaqlarından biri olan bu toplantıda 60 mindən çox üzvü iştirak edib.

Bazar günü Beyrutdakı İdman Kompleksində İmam Mehdi (ə.f.) Dərnəyinin iştirakı ilə böyük "Müqavmət Seyyid" (Seyid nəsilləri) konfransı keçirilib.

Minlərlə Hizbullah kəşfiyyatçısı (İmam Mehdi Kəşfiyyatçıları (ə) qrupları) müqavimət liderinin xatirəsini yad etmək üçün Beyrutun İdman kompleksində böyük konfransa toplaşıblar.

Braziliyada ilk dəfə Quran və Sünnə yarışması keçirilib

Braziliyada Səudiyyə Ərəbistanının Dini İşlər, Dəvat və İrşad Nazirliyinin nəzarəti altında ilk Quran və Sünnə müsabiqəsi başlayıb.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Braziliya və Latın Amerikası Beynəlxalq İslami Tolerantlıq və Sülh Mərkəzinin prezidenti Əbdülhəmid Mütəvəlli açılış mərasimindəki çıxışında Quranın braziliyalı müsəlman ailələr üçün əhəmiyyətini vurğulayıb.

Futbol üzrə U-20 dünya çempionatında yarımfinalçılar müəyyənləşdi

Çilidə keçirilən futbol üzrə U-20 dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

1/4 final matçlarından sonra Mərakeş, Fransa, Argentina və Kolumbiya növbəti raunda vəsiqə qazanıb.

Yarımfinalda Fransa Mərakeşlə, Argentina isə Kolumbiya ilə qarşılaşacaq.

Bu mərhələnin görüşləri oktyabrın 15-16-da keçiriləcək.