12 May 2025

Netanyahu indi də gözlərini “Ultra Ortodoks” yəhudilərə dikib

İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahu iclasda çağırışa baxmayaraq orduya qoşulmayan Haredimlərə qarşı sərt sanksiyaların tətbiq ediləcəyini bildirib.

Binyamin Netanyahunun bu gün İsrail Parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsi ilə keçirdiyi görüşdə 10 min 500 ultra-ortodoks (Haredi) yəhudinin 2 il ərzində orduya çağırılması qərarının verildiyi bildirilib.

Ayətullah Cavadi Amuli Ayətullah Sistanini ziyarət edib

Bu gün (12 may) Nəcəf-Əşrəf şəhərində tanınmış iranlı alim və mərcə təqlid Ayətullah Cavadı Amuli Şiə aləminin böyük mərcə təqlidlərindən biri, Ayətullah Üzma Seyyid Əli Sistanini ziyarət edib.

Görüş Ayətullah Sistaninin Nəcəfdəki rəsmi ofisində baş tutub. “Shafaqna İraq”ın yayımladığı fotoda Ayətullah Cavadı Amulinin sözügedən görüşə doğru yola düşdüyü görünür.

ABŞ və Çin artırdıqları rüsumları 90 günlüyə azaldır

Mayın 12-də Ağ ev məlumat yayıb ki, ABŞ və Çin qarşılıqlı olaraq 90 gün müddətində gömrük rüsumlarının azaldılması barədə razılıq əldə edib. Ağ evin mətbuat açıqlamasında qeyd olunub ki, ABŞ və Çin hökumətləri ikitərəfli iqtisadi və ticarət münasibətlərinin əhəmiyyətini nəzərə alaraq, mayın 14-dən etibarən rüsumların azaldılmasına qərar veriblər.

Hacı Vəliyev göz institutuna göndərilməsini istəyir

"Gənc Qazilər" İctimai Birliyinin (İB) həbsdə olan sədri Hacı Vəliyev bildirib ki, göz institutunda müalicə və müayinəsinə ehtiyacı var. Bu barədə Birliyin yaydığı açıqlamada qeyd edilir.

Açıqlamaya görə, bu gün, mayın 12-də H.Vəliyev ailə üzvlərinə deyib ki, gözünün yeri irinləməyə başlayıb, saxlandığı yerdə gözünü dezinfeksiya etmək üçün yetərli tibbi yardıma şərait yoxdur.

Hələlik, bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tunisdə İsrailə qarşı etiraz aksiyası keçirilib

Ərəb mediasının məlumatına görə, Tunisdə İsrailin Qəzza zolağına hücumlarına qarşı etiraz aksiyaları keçirilib.

Fələstin və Tunis bayraqları daşıyan onlarla insan İsrailin hücumlarına etiraz edərək, Fələstinə dəstək şüarları səsləndirib.

Tunis vətəndaşları Qəzza xalqına qarşı soyqırım və aclıq siyasətinə son qoyulmasını tələb ediblər.

Ukraynanın taleyi masadadır: Putinin tələbləri dünya gündəmini silkələdi

Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn danışıqlarda Ukraynadan tam təslim olmağı tələb etməyə hazırlaşır.

Bu barədə Britaniyanın nüfuzlu "The Times" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Moskvanın irəli sürəcəyi şərtlər arasında Ukraynada hakimiyyətin dəyişdirilməsi, NATO-ya üzvlükdən rəsmi imtina və ciddi ərazi güzəştləri yer alacaq.

Premyer Liqada XXXIV tura yekun vuruldu

Futbol üzrə Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

Son oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçı Tovuz şəhər stadionunda “Kəpəz” və “Sumqayıt” komandaları arasında olub. Qarşılaşma nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rauf Hüseynli 11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

İsrail-ABŞ ziddiyyətləri Təl-Əvivdə təhlükəsizlik məsələlərinə diqqəti artırıb

İsrail və ABŞ arasındakı gərginlik Təl-Əvivin təhlükəsizlik qurumlarını yüksək hazırlıq vəziyyətinə salıb, ölkə daxilində hərbi itkilər və siyasi parçalanma, eləcə də xaricdə təcrid riski ilə üzləşib.

İsrailin “İsrael Hayom” qəzeti İsraillə ABŞ arasında mövcud gərginlik səbəbindən ordu, daxili kəşfiyyat xidməti (Şin Bet) və xarici kəşfiyyat agentliyi (Mossad) da daxil olmaqla, təhlükəsizlik qurumlarında narahatlıq yaradan üç əsas məsələyə diqqət çəkib.

Ayətullah Məkarim Şirazi: Şiə müctəhidləri müstəqildir və hökumətdən kömək gözləmir

“Müctəhidlərin təqlidlə etdiyi öyüd-nəsihətlər asılılıqdan və ehtiyacdan deyil, xalqa və ölkəyə şəfqətdən qaynaqlanır”

Şiə təqlidin müctəhidlərindən olan Ayətullah Üzma Nasir Məkarim Şirazi İran prezidentinin dini məsələlər üzrə müşaviri ilə görüşüb və İmam Rzanın (ə) mübarək mövludu münasibəti ilə təbrik edərək, “Ümid edirəm ki, hamı bu mərhəmətli İmamın (ə) bərəkətindən bəhrələnsin” deyib.

Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib, məhkəmədə həbs məsələlərinə baxılır

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.

Qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.

Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.

PKK özünün ləğvini elan etdi

Mayın 12-də PKK (Kürdüstan Fəhlə Partiyası) rəsmi olaraq özünü ləğv etdiyini və silahlı mübarizəyə son qoyduğunu açıqlayıb. 

“Reuters” agentliyi yazır ki, bu qərar təşkilatın 5-7 may tarixlərində İraqın şimalında keçirilən 12-ci qurultayında qəbul edilib. 

Bu addım təşkilatın həbsdə olan lideri Abdullah Öcalanın əvvəlki çağırışları və 2025-ci ilin martında elan edilən birtərəfli atəşkəsdən sonra atılıb.