15 may tarixində İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və həyat yoldaşı Ayala, Bney-Brak və Qüds arasında yerləşən ultra-ortodoksal Bət-Şemeş şəhərində anti-sionist yəhudilərin hücumuna məruz qalıb.
Hadisə zamanı “Neturei Karta” adlı anti-sionist ultra-ortodoksal icmanın üzvləri nazirin avtomobilini əhatəyə alaraq, ona qarşı təhqiramiz şüarlar səsləndiriblər: “Sionist, qatil! Orduda xidmətə çağırışı dəstəkləyirsən, buranı tərk et!”, – məlumatı ivrit dilli media yayıb.
Məlumata görə, gərginlik zamanı etirazçılardan biri nazirin həyat yoldaşına sillə vurub. Ayala Ben-Qvir isə özünü müdafiə məqsədilə cavab zərbəsi endirib və hadisə ilə bağlı polisə şikayət edib.
Mənbəz.shafaqna.com — Bu xəbər ilk olaraq burada dərc olunub.
Nazirin sözlərinə əsasən, Bət-Şemeş küçələrində yerləşdirilmiş Fələstin bayraqlarını gördükdən sonra maşından düşüb və bu zaman onlarca “Neturei Karta” üzvü ona hücum etməyə çalışıb. Hadisə yerinə cəlb olunan gücləndirilmiş polis dəstələri kütləni dağıtmaq üçün işıq-səs qumbaralarından, dəyənəklərdən və digər xüsusi vasitələrdən istifadə edib. Bir nəfər saxlanılıb, əlavə həbslərin olacağı bildirilib.
İsrailin milli təhlükəsizlik nazirinin göstərişi ilə şəhərdəki Fələstin bayraqlarının şəkilləri polis tərəfindən silinməyə başlayıb. Rəsmi polis açıqlamasında qeyd olunub: “Ben-Qvirin avtomobili şəhərdən keçərkən, yüzlərlə insan tərəfindən əhatəyə alınıb və maşına zərər vurmağa cəhd olunub. Hadisə Fələstin bayrağının divara çəkildiyi ərazidə baş verib. Nazir xanımı da insident zamanı hücuma məruz qalıb.”
Qeyd edək ki, “Neturei Karta” üzvləri yəhudi dininə əsaslanaraq sionizmi və İsrail dövlətinin mövcudluğunu Tövrata zidd hesab edirlər. Onlara görə, yəhudilərin yalnız Məsihin gəlişindən sonra bir dövlətə sahib olması mümkündür və sionistlərin fəaliyyəti Musəviliyin ruhuna və gələcəyinə təhlükə yaradır. Bu səbəbdən, onlar sionizmlə aktiv mübarizə apararaq, İsraili tanımırlar və zaman-zaman ictimai narazılıq aksiyaları keçirirlər.
Az.shafaqna.com
İsrailin milli təhlükəsizlik nazirinə antisionist yəhudilər hücum etdi