Azərbaycan vasitəsilə tranzit edilən Qazaxıstan neftinin həcmi 3 milyon tona çatıb

Azərbaycan vasitəsilə tranzit edilən Qazaxıstan xam neftinin həcmi 3 milyon tona çatıb.

Bu barədə “SOCAR Midstream Operations” MMC xəbər verir.

Məlumata görə, 3 milyonuncu tonu daşıyan "Aktau" tankeri mayın 12-də Aktau limanından yola düşüb və mayın 13-də “Azərtrans Səngəçal” terminalına çatıb.

Xat"Tengiz" yatağından hasil edilən neftin ilk partiyası 23 mart 2023-cü ildə, "Kaşağan" neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Bakıya gətirilib. Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.