NBA-da ilk yarımfinalçı bəlli olub

Milli Basketbol Assosiasiyasında (NBA) ilk yarımfinalçı bəlli olub.

1/4 final mərhələsinin dördüncü oyununda "İndiana" "Klivlend"i 114:105 hesabı ilə üstələyib.

Seriyada 4:1 önə keçən komanda yarımfinala yüksəlib.

"İndiana" bu raundda "Boston" - "Nyu-York Niks" cütünün qalibi ilə üz-üzə gələcək.