“Al Jazeera”: İsrailin Qəzzaya yeni zərbələri nəticəsində azı 78 nəfər ölüb
18/05/2025 - 10:46
Bu gün İsrailin Qəzza zolağına endirdiyi yeni hava zərbələri nəticəsində azı 78 nəfər həlak olub.
Bu barədə Qətər telekanalı “Al Jazeera“ məlumat yayıb.
Məlumata əsasən, İsrail ordusu Fələstin anklavının şimal, mərkəzi və cənub bölgələrinə hücumlar təşkil edir.
Martın 18-də İsrail ordusu yanvar ayında tətbiq olunan atəşkəs rejimini pozaraq Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb və genişmiqyaslı zərbələr endirib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi əməliyyatın məqsədinin bütün girovların azad olunması olduğunu bildirib.
HƏMAS hərəkatı isə atəşkəsin pozulmasına görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyub.