Yəməndəki “Ənsar Allah” hərəkatına bağlı husilər Təl-Əvivdə yerləşən Ben-Qurion beynəlxalq hava limanına raket zərbələri endirdiklərini açıqlayıblar.
Bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriə məlumat verib.
“Yəmən raket qüvvələri hərbi əməliyyat keçirərək Yaffa (Təl-Əviv – red.) ərazisində yerləşən Ben-Qurion hava limanını iki ballistik raketlə vurub. Əməliyyat nəticəsində milyonlarla insan sığınacaqlara getməyə məcbur edilib. Hava limanında aviauçuşlar bir saat müddətinə dayandırılıb”, – deyə o, husilərə məxsus Al Masirah telekanalının efirində bildirib.
Səriənin sözlərinə görə, zərbələrdən biri “Fələstin-2” adlı hipersəs raketi ilə həyata keçirilib. O həmçinin qeyd edib ki, şənbə səhəri Yəmən mücahidləri İsrail hava limanı istiqamətində zərbə dronu da göndəriblər.
Husilər növbəti dəfə Ben-Qurion hava limanına raket zərbələri endiriblər