02 May 2025

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

26 yaşlı idmançı finalda yerli cüdoçu Mehrzod Sufiyevi yenərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 4-də başa çatacaq.

Suriyada yeni rejim qüvvələri ilə druzlar arasında toqquşmalar intensivləşir

Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Suriyada Dəməşqə sadiq qüvvələr və druzlar arasında məzhəblərarası toqquşmalarda ən azı 73 nəfərin öldüyünü bildirib.

Böyük Britaniyada yerləşən SOHR tərəfindən bu gün paylaşılan məlumatlara görə, son iki gündə paytaxt Dəməşq və cənubundakı Suveyda bölgəsində şiddətlənən qarşıdurmalarda ölənlərin sayı ən az 73-ə çatıb.

Müxalif lider Tbilisidə baş verən güclü yanğınla bağlı qalmaqallı iddia irəli sürdü

Müxalif “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri Levan Xabeişvili 30 aprel Tbilisi Vağzalındaki Borjomi adlanan bazarda baş vermiş güclü yanğında paytaxt meri Kaxa Kaladzeni və "Arxi" tikinti şirkətinin qurucusu İlia Tsulaianı günahlandırıb və onların bu hadisəni əvvəlcədən planlaşdırdıqları, eləcə də hesabladıqlarını iddia edib.

O, "Tv Pirveli" telekanalının efirində qonaq olarkən belə deyib və ehtimal edib ki, sonradan həmin ərazidən yol və ya tunel çəkiləcək.

Yəmən ABŞ-ın təyyarədaşıyan gəmisini pilotsuz təyyarə ilə hədəfə alıb

Yəmən Ənsarullah Hərəkatı dünən verdiyi açıqlamada ABŞ-ın "USS Vinson" təyyarə gəmisi və onu müşayiət edən bəzi döyüş gəmilərinə Ərəb dənizində hücuma keçdiklərini açıqlayıb.

Yəhya Səri hücumun bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirildiyini bildirib.

Netanyahu: İsrail Dəməşqdə prezident sarayı yaxınlığındakı hədəfə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığında yerləşən hədəfə zərbələr endirib.

"The Times of Israel" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın yaydığı birgə bəyanatda bildirilib.

“Bu, Suriya rejiminə açıq mesajdır. Biz Dəməşqin cənubuna qoşun yerləşdirilməsinə imkan verməyəcəyik”, — məlumatda deyilir.

 

APA

Ayətullah Cavadi Amuli: Təsnim Təfsirinin uzun olmasının səbəbi ortaya yeni elmi məsələlər və sualların çıxmasıdır

"Bu yozumun bu qədər uzanmasının səbəbi illər ərzində ortaya çıxan yeni elmi məsələlər və suallardır. Hər bir problem və məsələ qarşısında ardıcıl nəsillər yorulmadan çalışmış və bu problemlər öz həllini tapmışdır".

Ayətullah Cavadi Amulinin Müəllimlər Günü ərəfəsində (2 May) dərsdənkənar təhsil kursunun bir qrup tələbəsi şəhid Ayətullah Mürtəza Mütəhhərini yad edib və Ayətullah Cavadi Amulinin elmi, fiqhi və irfani şəxsiyyətinə minnətdarlıqlarını bildiriblər.

"Çelsi" rəqibini darmadağın edib, "Fiorentina" məğlub olub

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.

İlk oyunlar çərçivəsində iki görüş baş tutub.

“Betis” öz meydanında “Fiorentina”nı qəbul edib. Gərgin keçən qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Musa Qurbanlının sabiq komandası “Yurqorden” isə “Çelsi”ni sınağa çəkib. İngiltərə təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.

“Əhli-sünnə Mədrəsəsi” tələbələri də Netanyahunun Azərbaycana səfərini pisləyənən bəyanat yaydı

Mayın 7-i İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri gözlənilir. Müsəlmanların soy qırımını törədən,  uşaq, qadın,  qoca, xəstə demədən üzərlərinə bomba yağdırıb öldürən, məscid, xəstəxana, yaşayış binası demədən dağıdıb yerlə-yeksan edən zalım, kafir bir islam düşməni yəhudi, Azərbaycanda şərəfinə qaraul düzüləcək, ayağının altına qırmızı xalı salınaraq təmtəraqla qarşılanacaq və "möhtərəm ali həzrətə" ziyafət veriləcək. Bu təntənəli mərasimləri bütün dünya, o cümlədən dünya müsəlmanları da seyr edəcək.