Həbsdə olan Polad Aslanov aclıq aksiyasını dayandırdı
Həbsdə olan jurnalist, "xeberman.com" saytının təsisçisi Polad Aslanov aclıq aksiyasını dayandırıb.
Noyabrın 4-dən aclıq aksiyasına başlayan P.Aslanov bu gün aksiyanı dayandırıb.
Qeyd edək ki, o, 2019-cu il iyunun 12-də həbs edilib və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
P.Aslanlı 16 il müddətinə azadlıqdan məhrum edilib.